📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO

2025-05-26 13:56:32

Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO

Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra - mayın 10-da dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. (bakupost.az)