📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bir də belə şərəfsizlik etsələr, cavablarını alacaqlar" - Partiya sədri

2022-04-25 15:33:00

"Sosial mediada qarşıma kadrlar çıxdı və xeyli qəzəbləndim. Məlum oldu ki, dünən qorxaq, şərəfsiz, gücü ancaq qadına və uşağa çatan erməni şərəfsizləri mitinq keçiriblər. Mitinqdə guya özlərinin məğlubiyyətini öz çaplarında unutdurmaq üçün şüarlar səsləndiriblər və uydurma “Artsax” terrorist qrupunun bayraqlarını qaldırıblar. Mitinqdə şanlı Azərbaycan və Türkiyə bayraqlarını yandırmaq cəsarəti göstəriblər".

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ağ Partiyasının sədri Tural Abbaslı deyib.

O bildirib ki ermənilər, 44 günlük müharibəni unutmasınlar:

“Unutmasınlar ki, Putinin dabanının altında gizlənməsəydilər, ivanların kölgəsində gizlənməsəydilər, bu gün Ermənistan adlı dövlət olmazdı. Azərbaycan tarixi ata-baba torpaqlarını qaytarıb Ermənistan adlı dövləti xəritədən silərdi və bununlada dünyaya yaxşılıq etmiş olardı. Onlar Azərbaycanın minlərlə şəhidimizin uğrunda qanını tökdüyü bayrağı yandırmaq həyasızlıq ediblər. Eyni zamanda Türkiyə bayrağını yandırmağı özlərinə rəva biliblər”.

Tural Abbaslı qeyd edib ki, biz bunun cavabını çox qətiyyətli şəkildə verməliyik.

“Biz Azərbaycan və Türkiyə olaraq Ermənistana konkret mesajlar göndərməliyik ki, bir daha belə şərəfsiz və ləyaqətsiz hərəkət olarsa, onlar bunun cavabını döyüş meydanlarında verəcəklər. Ona görə biz hər zaman qeyd edirik ki, tək Qarabağ Azərbaycan deyil, Zəngəzur, Basarkeçər, Dərələyəz Azərbaycandır. Biz ata-baba torpaqlarımızı qaytarmadan, Ermənistanı öz məkrli niyyətləri içində boğmadan, Ermənistan tək Azərbaycana və regiona yox, dünyaya təhlükə olaraq qalacaq”.