Bir gecədə 135 dron havaya qalxdı! Ukraynadan açıqlama
2024-10-18 11:19:34
Hurriyyet.az xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin açıqlamasına görə, oktyabrın 18-nə keçən gecə radioyexnika qüvvələri tərəfindən Rusiyanın 135 dronu aşkar edilib. Hava döyüşləri nəticəsində Odessa, Sum, Çerkasski, Kiyev, Jitomir, Kirovoqrad, Roven, Xarkov, Volın və Vinnitsk vilayətlərinin səmasında səhər saat 8.30-a qədər 50 ədəd Rusiya dronu vurulub. Rusiyanın 44 PUA-sı radarların "gözündən itib", 2 PUA Belarusa uçub, 10 ədədə yaxın dron isə Ukraynanın mərkəzi vilayətlərinin hava məkanında qalmaqdadırlar.
Məlumatda əməliyyatın davam etdiyi bildirilir.
Hürr Tərcüman