“Bir gün əvvəl Bakıya təklif göndərmişik” - Paşinyan
2022-11-10 12:30:00
“İrəvan Qarabağ ətrafında və Ermənistan-Azərbaycan sərhədində hərbsizləşdirilmiş zona yaratmaq təklifini yeniləyib”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
Baş nazir bildirib ki, yeni variant bir gün əvvəl Bakıya göndərilib.
O, Soçidə Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zonanın yaradılması ilə bağlı qondarma rejimin təklifini təqdim etdiyini bildirib.
Paşinyan həmçinin Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını da təklif edib.
yeniavaz.com