📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bir gün özümü o pilləkəndən yola tullayacağam” – Sərnişin AYNA-ya qəzəbləndi

2026-09-16 21:52:38

“Bir gün özümü o pilləkəndən yola tullayacağam” – Sərnişin AYNA-ya qəzəbləndi

Binəqədi qəsəbəsi ilə “Memar Əcəmi” metrostansiyasını əlaqələndirən 170 nömrəli avtobus marşrutu ilə bağlı sərnişin narazılığı yaranıb.
Hurriyyet.media Musavat.com istinadən  xəbər verir ki, sosial media istifadəçisi Günel Əlizadə 2023-cü ildən etibarən 170 nömrəli avtobusun fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini bildirib.
Sərnişinin sözlərinə görə, həm rəsmi elektron poçt, həm “qaynar xətt”, həm də sosial şəbəkələr vasitəsilə 20-dən çox şikayət ünvanlasa da, problem həllini tapmayıb.

TM2.jpeg (139 KB)
Günel Əlizadə xüsusilə avtobusların hərəkət intervalından narazılığını ifadə edib. O bildirib ki, dünən saat 22:00 radələrində yolda tıxac olmadığı halda 170 nömrəli avtobusu 55 dəqiqə gözləməli olub:
“Dünən 22:00 radələrində tıxac yox idi, dispetçerin qrafikinə görə düz 55 dəqiqə avtobus gözləmişəm. Bu gün səhər 25 dəqiqə gözlədim, bu halda, 10 dəqiqə sonra da ikisi ard-arda gəldi . Mən anlamıram ki, niyə bu camaatı qırıb-tökürlər?”.

Şikayətçi Azərbaycan Yerüstü Nəqliyyat agentliyinə dəfələrlə müraciət etdiyini, hətta avtobuslarla bağlı fotoşəkillər göndərdiyini də qeyd edib:

“Mənə AYNA deyir ki, kondisionerli avtobusdur, artıq həll etdik. Amma hanı? Hər gün fotolar göndərirəm, AYNA heç nəyi həll edə bilmir".

Günel Əlizadə sürücülərin münasibətindən də narazılıq edib:

“Sürücülər AYNA-dan çox rahatdır, deyirlər, "get, şikayət elə" .

TM3.jpeg (156 KB)

O, marşrutun dispetçer xidmətinin fəaliyyətini də tənqid edib və uzun gözləmələrin sərnişinlər üçün ciddi çətinlik yaratdığını bildirib:

“Dispetçerin özbaşınalığı, qansızlığı mənim əsəblərimi tarıma çəkir. Zülmlə, pilləkəndən asıla-asılı gedirik”.

Sərnişin yaranmış vəziyyətə görə emosional narazılığını ifadə edərək problemin ictimailəşdirilməsini xahiş edib:

“Bir gün özümü o pilləkəndən yola tullayacağam, əsəblərim dözməyəcək. Ondan sonra bəlkə, bizi kimsə artıq görər. Əsəbdən, dalaşmaqdan dünəndən səsim batıb".

Qeyd edək ki, 170 nömrəli marşrut Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını əlaqələndirir.

Musavat.com məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və nəticə ilə bağlı məlumat veriləcək.