📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir gündə 200 uçuş ləğv edilmişdi - təyyarələrdəki qüsur aşkarlandı

2024-01-09 09:33:40

Bir gündə 200 uçuş ləğv edilmişdi - təyyarələrdəki qüsur aşkarlandı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın “United Airlines” şirkətinin mütəxəssisləri “Boeing 737 MAX” təyyarələrinin qapılarındakı boltların boş bağlandığını aşkar ediblər. Şirkətin açıqlamasında deyilir: “Şənbə günü aparılan ilkin təftiş zamanı əsasən, qapıların quraşdırılmasındakı problemlərlə bağlı qüsurları aşkar etdik. Məsələn, bəzi boltların bərkidilməsinin lazım olduğunu gördük”.

Şirkət bildirib ki, “Boeing 737 MAX” uçuşlarının qadağan edilməsi səbəbindən yanvarın 8-də 200-ə yaxın reys təxirə salınıb.

Hürr Tərcüman