Bir il ərzində onminlərlə Qəzza sakini həlak olub
2024-10-09 15:30:37
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi münaqişənin alovlandığı 2023-cü ilin oktyabrı tarixindən bəri 42 min nəfərdən artıq fələstinlinin həlak olduğunu bəyan edib.
Nazirliyin "Teleqram" kanalındakı açıqlamasında deyilir: "2023-cü ilin oktyabrında İsrailin Qəzzada başladığı əməliyyatlar nəticəsində həlak olanların ölənlərin sayı 42 010 nəfərə, yaralananların sayı isə 97 720 nəfərə çatıb". Açıqlamada ötən sutka ərzində 45 nəfər fələstinlinin həlak olduğu, 130 nəfərin yaralandığı bildirilir.
Hürr Tərcüman