📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bir kəmər – bir yol” – Çindən Gürcüstana ilk müntəzəm yük qatarı yola düşüb

2021-12-06 14:16:00

“Bir kəmər – bir yol” – Çindən Gürcüstana ilk müntəzəm yük qatarı yola düşüb

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, dünən Çinin Qansu əyalətinin Uve şəhərindən Tbilisiyə ilk müntəzəm konteyner qatarı yola düşüb. Gürcüstanın Xarici İşlər Nazirliyi qatarın 10-12 gün ərzində mənzil başına çatacağını bildirib.

Birinci qatarı Gürcüstanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandiya yola salıb. 

Bundan sonra həm Gürcüstana, həm də Avropanın digər ölkələrinin ərazilərinə dəmiryolu vasitəsi ilə yük konteynerlərinin daşınması müntəzəm şəkildə həyata keçiriləcək.

Hürr Tərcüman