📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bir neçə avtoritar liderə qarşı Qərbin cəza mexanizmi işə düşə bilər" - XAQANİ CƏFƏRLİ

2022-05-13 11:07:00

"Vaşinqtonun siyasətinə təsir imkaları olan Henri Kissincer ABŞ-ın avtoritar ölkələrdə rejim dəyişikliyinə cəhd etmək məcburiyyətində olduğu qənaətindədir"

"Qərbdə birmənalı qənaət formalaşır ki, dünyanın "deputatizasiya"ya ehtiyacı var. Ancaq bu yalnız Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması anlamı daşımır". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq hesab edir ki, Rusiyanın Ukraynada soyqırımı və hərbi cinayətlər törətdiyi bir zamanda avtoritar rejimlərin Rusiyaya qarşı vahid cəbhənin formalaşmasına və Rusiyanın tam təcridinə imkan vermədikləri çox aydın görünür: "Məsələn, Macarıstan Rusiyaya qarşı Avropa Birliyinin neft embarqosunun qarşısını aldığı kimi, Ukraynaya silah daşınmasına da imkan vermir. Uzun illər ABŞ-ın təhlükəsizlik və xarici siyasətinin formalaşmasında mühüm rol oynamış, bu gün də Vaşinqtonun siyasətinə təsir imkaları olan Henri Kissincer ABŞ-ın avtoritar ölkələrdə rejim dəyişikliyinə cəhd etmək məcburiyyətində olduğu qənaətindədir".

Xaqani Cəfərli bu qənaətdədir ki, bir müddət sonra, sentyabr-oktyabr aylarında bir neçə avtoritar liderə qarşı Qərbin cəza mexanizmi işə düşə bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az