📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

2026-08-07 18:29:52

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

Kartlara mədaxil əməliyyatları üzrə müəyyən edilən limitlər hər bir ödəniş alətinə ayrıca tətbiq olunur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Banklar Assosiasiyasından bildirilib.

Qeyd olunub ki, müəyyən edilmiş limitlər bütün banklar və elektron pul təşkilatları tərəfindən tətbiq edilir. Həm bankdaxili, həm də banklararası əməliyyatlar zamanı müvafiq limitlər nəzərə alınmalıdır.

Assosiasiyadan verilən məlumata görə, hər bir bank öz müştərisini əvvəlki qaydada fərdi şəkildə qiymətləndirir.

Eyni zamanda vurğulanıb ki, sözügedən limitlər ancaq ödəniş alətinə mədaxil əməliyyatlarına şamil olunur.