Bir neçə ölkə Qrenlandiyada konsulluq aça bilər
2026-02-07 19:36:12
Fransa və Kanadadan sonra digər ölkələr də Qrenlandiyada konsulluqlarını aça bilərlər.
Telegraf xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lökke bildirib.
Ölkələrin adlarını açıqlamayan nazirin sözlərinə görə, beynəlxalq əlaqələri gücləndirilmək ada üçün böyük əhəmiyyət kəsb edir.
Rasmussen Kanada konsulluğunun açılışını qeyd etmək üçün fevralın 7-si axşamı Qrenlandiyaya gəlib.
Qrenlandiyadakı Fransa konsulluğu rəsmi olaraq 6 fevralda açılıb.
Bundan öncə Fransa adada nümayəndəlik açıb.