📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir nəfəri bərbərxanada ,dörd nəfəri isə evdə güllələyən suriyalının aqibəti...

2024-06-16 11:53:39

Bir nəfəri bərbərxanada ,dörd nəfəri isə evdə güllələyən  suriyalının aqibəti...

Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.

Hurriyyet.az “Haber Global”a istinadən xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.

İki nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis tərəfindən təqib edilən H. Mustafa baş nahiyəsinə atəş açaraq intihar edib.