📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bir nömrəyəm deyənlərə gülürəm” - VİDEO

2022-12-12 21:04:00

“Bir nömrəyəm deyənlərə gülürəm” - VİDEO

"Ümumiyyətlə pozitiv insanam. Gözəllikdən də, təravətdən də, gənclikdən də hər şeydən də üstün bir insanın pozitiv olmasıdır. İnsanlara yaxşı niyyət bəsləmək lazımdır".

Hurriyyet.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Maqazin Plyus" verilişinə müsahibəsində deyib.

Sənətçi sinəsinə döyüb, "Bir nömrəyəm" deyən həmkarlarını məsxərəyə qoyub.

"Kimsə özünü zirvədə hesab edirsə və "Zirvədəyəm, bir nömrəyəm, məndən yoxdur" deyənlərə çox gülüb, əylənirəm. Allah onlardan razı olsun, üzümüzü güldürürlər. Amma onlar kimi mənim belə bir iddiam yoxdur, öz yerimdəyəm", - deyə Brilliant bildirib.