📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir sıra dövlət qulluqçularının maaşları artırıldı

2025-05-01 16:34:57

Bir sıra dövlət qulluqçularının maaşları artırıldı

Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Fərmanla Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.