📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

2021-08-30 09:59:00

Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

HURRİYYET.az xəbər verir ki, bu barədə Axar.az-a Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:

“Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.