📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

”Birləşdik - 2024” təlimində iştirak edən heyət vətənə qayıdıb - FOTOLAR

2024-07-20 21:35:46

”Birləşdik - 2024” təlimində iştirak edən heyət vətənə qayıdıb - FOTOLAR

Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib.

”Birləşdik - 2024” təlimində iştirak edən heyət vətənə qayıdıb - FOTO

”Birləşdik - 2024” təlimində iştirak edən heyət vətənə qayıdıb - FOTO

”Birləşdik - 2024” təlimində iştirak edən heyət vətənə qayıdıb - FOTO