Bişkek vətəndaşlarını Qazaxıstandan təxliyə edir
2022-01-06 14:10:00
Qırğızıstan hökuməti Qazaxıstanda olan vətəndaşlarını təxliyə etməyə başlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hazırda iki ölkə sərhədində nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərir və zərurət yaranarsa, vətənə qayıtmaq istəyən Qırğızıstan vətəndaşları sərbəst şəkildə sərhədi keçə bilərlər.