📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bit bazarından aldığı lampa sərvət qazandırdı - FOTO

2026-11-23 18:26:41

Bit bazarından aldığı lampa sərvət qazandırdı - FOTO

Fransanın Nord departamentinin sakini bit bazarından 20 avroya aldığı keramika lampanı bir il sonra hərracda 251 min avroya satıb.

"NEO Enchères" hərrac evinin məlumatına görə, alıcı lampanı Valensyen şəhəri yaxınlığındakı bit bazarından alaraq evində saxlayıb. Bir il sonra onun qızı lampanın altında “Jouve” imzasını və alfa simvolunu aşkar edib.

Araşdırma nəticəsində lampanın məşhur fransız keramika ustası Jorj Juvetə (1910–1964) məxsus olduğu müəyyənləşib. Ekspertlər əşyanın orijinallığını təsdiqləyib.

29 oktyabr 2026-cı ildə keçirilən hərracda lampanın ilkin olaraq 80-120 min avroya satılacağı gözlənilsə də, kolleksiyaçılar arasında rəqabət nəticəsində qiymət 251 min avroya yüksəlib.

Hərrac evinin prezidenti Kventin Şarodo bildirib ki, bu modelin cəmi dörd nümunəsi məlumdur. O, əşyaların dəyərinə şübhə yarandıqda mütəxəssis rəyinə müraciət etməyi tövsiyə edib./Bakıvaxtı.az