"Bitdi, mən artıq yoxam" - Poqba təslim oldu
“Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin sabiq yarımmüdafiəçisi, dopinq qəbul etdiyinə görə 4 illik cəza çəkən Pol Poqba karyerası haqda emosional danışıb.
"The Guardian" 31 yaşlı fransızın dediklərini belə çatdırıb:
“Bitdi, mən artıq yoxam. Mən artıq kim olduğumu bilmirəm. Futbol mənim həyatım, həvəsim idi. İndi özümü məhv olmuş kimi hiss edirəm. Peşəkar karyeramda əldə etdiyim hər şey əlimdən alındı”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub. Yarımmüdafiəçi bu il fevralın 29-da uzun müddətə cəzalandırılıb.
Təcrübəli futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının, 2020/2021 mövsümündə Millətlər Liqasının qalibi olub. \\Fanat.Az