Bitki yağlarının faydaları və istifadəsi – MÜTƏXƏSSİS ARAŞDIRMASI
Bitkilər təbiətin bizə hədiyyəsidir. Bu yazıda yağ kimi istifadə edildikdə bir çox faydası olan bitkilərin faydalarından bəhs edəcəyik.Bitki yağları bir çox cəhətdən bizim üçün faydalıdır. Hər bitkinin özünəməxsus xüsusiyyəti var. Bitki yağlarının saç baxımından selülit müalicəsinə, mədə pozğunluğundan dəri baxımına qədər bir çox faydası var. Beləlikə bitki yağlarının faydaları haqqında Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov qidaelmi.az saytına açıqlamasında bildirib.

Zeytun yağı gözaltı şişləri aradan qaldırdığı kimi, dodaqların qurumasının da qarşısını alır. Zeytun yağı ilə azca limon suyunu qarışdırıb pambıq vasitəsilə dodaqlara sürtsək, dodaqların qurumasının qarşısını almaq olar. Zeytun yağı dərinin nəmlənməsi və saçlar üçün də faydalıdır. Cavanlıq mənbəyi olan bu yağ ilə həm daxilinizi qida olaraq,həm də bədəninizi kosmetik vasitə olaraq istifadə etməklə cavanlaşdıra bilərsiniz.

Nanə yağı mədədə rahatıq yaradır: “Eyni zamanda baş və sinir ağrılarında da ağrıkəsiçi təsirə malikdir.

Kəklik otu yağının da faydaları çoxdur. Əsasən də yara və yanıqlar üçün antiseptik rol oynayaraq yaraların mikroblardan qorunmasına kömək edir. Yuxarı tənəffüs orqanlarından əziyyət çəkənlərdə bu yağı istifadə edərək faydalana bilərlər.

Qoz yağı saç qaşıntısının qarşısını alır. Günəş yanığı olan dəriyə də faydalıdır.

Böyürtkən yağ bir çox kosmetik vasitələrdə istifadə edilən yağlardandır. Cildin təmizlənməsi və canlanması üçün vacibdir. Eyni zamanda 100ml suya iki üç damla böyürtkən yağı əlavə edərək üzü silməklə faydalanmaq olar.

Çiyələk yağı ayaqlar və topuq daban üçün yumuşaldıcı rola malikdir. Ayaq barmaqları arasına pambıq vasitəsi ilə sürtdükdə ayaq qoxusunu aradan qaldırır.

Qaysı yağı və ya qaysı çəyirdəyi yağı eyni xaraterə malikdir. Bu yağ dırnaqların möhkəmlənməsi üçün istifadə edilir”.

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Mənbə: Qidaelmi.az