Bitməyən kin: “Ən böyük düşmənimiz Türkiyə ilə Azərbaycandır”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Ermənistanda aparılan bir sosial araşdırma zamanı əhalinin hansı ölkəni “ən böyük düşmən” hesab elədiyi sualına rəyi soruşulanların 88 faizi “Türkiyə” cavabını verib. İkinci yerdə Azərbaycan (81%), üçüncü yerdə isə Rusiya (11%) olub.
Sorğuda iştirak edənlərin 15%-i Rusiyanın Ermənistan üçün siyasi, 17%-i isə iqtisadi təhdid olduğunu güman edir.
57% isə Rusiyanının Ermənistan üçün mühüm siyasi tərəfdaş olduğunu bildirib.
Ermənistan vətəndaşlarının 50 faizi Fransanı, 38 faizi isə ABŞ-ı mühüm tərəfdaş hesab edir.
İştirakçıların 61 faizi Rusiyanı Ermənistan üçün ən mühüm ticarət tərəfdaşı kimi görür.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyinin dünənki açıqlamasında iki ölkə arasında normallaşdırma prosesi çərçivəsində xüsusi təmsilçilər – diplomat Sedar Kılıç ilə Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan arasındakı ikinci görüşün 24 fevral tarixində Vyanada keçiriləcəyinin planlaşdırıldığı bəyan edilmişdi.
Hürr Tərcüman