"Biz 10 noyabrda dayanmasaydıq Putin nələr edərdi, bir bunu da düşünün" - NATİQ CƏFƏRLİ
"Əgər indi paralel olaraq Çin də Tayvanı zəbt etsə, yeni "Yalta" qurulacaq, dünyanın yenidən bölüşdürülməsi baş verəcək"
"Dünya sınaq qarşısındadır, balacaboy, komplekslərlə dolu rus ayısı Ukraynanın böyük bir hissəsini işğal edib masa quracaq, əgər Qərb də o masaya oturub işğalın bəzi nəticələrini tanıyacaqsa, 1938-ci ildə Sudetin anneksiyasından sonra Hitlerə etdiyi güzəşti göstərəcəksə, daha ağır vəziyyət yaranacaq. Çox ağır durumdayıq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, əgər indi paralel olaraq Çin də Tayvanı zəbt etsə, yeni "Yalta" qurulacaq, dünyanın yenidən bölüşdürülməsi baş verəcək: "Dünyaya yeni "dəmir pərdə" çökəcək, Cənubi Qafqaz "pərdənin" ayı tərəfində qala bilər, ən böyük təhlükə budur! Ukrayna indi həm öz, həm də bizim müstəqilliyimiz üçün vuruşur! Öz slavyan qardaşının başına bomba atan Putin, 10 noyabrda biz dayanmasaydıq nələr edərdi. Bir bunu da düşünün, neçə aydır bu mövzuda bizlə mübahisə edənlər də düşünsünlər!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az