"Biz çoxlu silah almağı planlaşdırırdıq, lakin proses ləng gedir” - Erməni nazir ağzından söz qaçırdı
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın hökumətin əhalini necə aldatması, verdiyi vədlərin yarısını belə yerinə yetirməməsi, həm satınalmada, həm də tikintidə açıq-aşkar fırıldaqla məşğul olması barədə hekayəsi ölkə ictimaiyyətinin gündəminə düşüb. Nazir Kerobyan Ermənistan Milli Məclisinin İqtisadi Məsələlər üzrə Daimi Komitənin iclasının onlayn keçirildiyini bilməyərək, ikrah doğuran faktlar səsləndirib.
“Biz vədlərimizin yarısını artıq ləğv etmişik. Planlaşdırılan proqramların çoxunu etməyə dəyərmi, bilmirəm. Hökumətin planlarından çıxarılmalı olan çox şey var. Bu gün biz artıq bilirik ki, verdiyimiz vədlərin əksəriyyəti yerinə yetirilməyəcək. Vəsaitlər ortamüddətli xərc planlarına daxil olmadığı üçün biz heç nə etmirik. Olan budur. Biz bunu maliyyə naziri ilə müzakirə etdik. Amma planlaşdırdığımızın yarısını yerinə yetirmədik. Nümunə olaraq deyə bilərəm ki, silah alışı ilə bağlı planlar yerinə yetirilməyib. Ona görə də biz çoxlu silah almağı planlaşdırırdıq, lakin proses çox ləng gedir”, deyə Kerobyan ağzından qaçırıb.
Ülviyyə, Hurriyyet.az