📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Biz ermənilərlə birgə yaşaya bilmərik, aramızda etnik uyğunsuzluq var” VİDEO

2021-11-13 00:22:00

“Biz ermənilərlə birgə yaşaya bilmərik, aramızda etnik uyğunsuzluq var” VİDEO

Yapçı deputatdan sərt sözlər: “O ermənilərdən hansı birinin əli qana batmayıb?”

bu gün TV Müsavatın canlı efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun aparıcılığı ilə həyata keçirilən “Dərin Təhlil” verilişində yapçı millət vəkili Hikmət Babaoğlu ermənilərlə birgə yaşamağın mümkünlüyü barədə mövzuya toxunub.

H.Babaoğlu bununla bağlı maraqlı xatırlatma edib: “Mən Ermənistanda doğulmuşam, 16 yaşıma qədər ermənilərin içində yaşamışam. Sərkisyanın vaxtilə dediyi sözü təkrarlamaq istəyirəm. O, demişçdi ki, azərbaycanlılarla bizim aramızda etnik uyğunsuzluq var, biz bir yerdə yaşaya bilmərik. İndi isə biz deyirik: ermənilərlə bizim aramızda etnik uyğunsuzluq var. Biz onlarla bir yerdə yaşaya bilmərik. Hüquqi baxımdan sistemimiz məcbur edərsə, icma kimi harda yaşayırlarsa yaşasınlar. Amma heç zaman Sovet dövründəki kimi ümid etməsinlər ki, bərabər yaşayacağıq, kirvə olacağıq. Biz tarixdən dərs çıxarırıq. Əks halda bu qələbəni əldə edə bilməzdik. Yaxşı olardı ki, onlar öz başlarının çarəsinə baxsınlar. Azərbaycan ərazisində 20 min erməni yaşayır. Onların hər biri Azərbaycan qanunlarını pozub. Biz hüquqi konktekstdə danışırıqsa, onlar Azərbaycan hüquq sistemi qarşısında cavab verməli olacaqlar. Mənim qəbul etdiyim hüquq sistemi məcbur etsə ki, birgə yaşayaq. Mən buna dözəcəm. Amma ürəyimlə, ruhumla buna qarşıyam. Ordakı ermənilərin hansı birinin əli azərbaycanlı qanına bulaşmayıb?" \\Musavat.com