"Biz hamımız klounuq" - ÇİMNAZ SULTANOVA
2022-02-18 11:12:00
Aktrisa Çimnaz Sultanova həyatından danışıb.
Hurriyyet.az lent.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə "Tam vaxtıdır" verlişində deyib:
"Mənə güclü qadın deyirlər. Amma əslində elə deyil. Həyatda çox itkilərim olub. Bunu heç zaman deməmişəm. Ümumiyyətlə, deməyi də xoşlamıram. Bizim peşəmiz nədir? Biz hamımız klounuq. Ən çətin peşə elə klounluqdur" .