“Biz ikimiz də işğalçıyıq, planetin ən zərərli adamlarıyıq” - VİDEO
Hurriyyet.az “Meduza.io” portalına istinadla xəbər verir ki, dünən Rusiya Prezidenti Vladimir Putinin Minskə səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Mətbuata açıqlama zamanı prezidentlərdən heç biri Ukrayna ilə müharibə barəsində açıq danışmayıblar.
Putin Rusiya ilə Belarusun birgə hərbi təlimlər keçirmək təcrübəsini davam etdirəcəklərini, sanksiyalara qarşı birgə mübarizə aparacaqlarını söyləyib.
Lukaşenko isə ona və Putinə dünyadakı münasibətdən danışarkən deyib: “Biz ikimiz də təcavüzkarıq, planetin ən zərərli və toksik adamlarıyıq. Amma bir şey üstə çəkişirik: hansımız daha çox beləyik? Vladimir Vladimiroviç mənim belə olduğumu deyir. Mən isə onun belə olduğunu düşünməyə başlamışam. Amma birgə qərara aldıq ki, ikimiz də eyniyik”.
Putin ilə Lukaşenkonun görüşləri müntəzəm şəkildə keçirilir. 2022-ci il başlanandan Luşaneko 7 dəfə Rusiyaya səfər edib. Bir neçə dəfə də başqa ölkələrdə, beynəlxalq forumların çərçivəsində görüşüblər. Lakin Putin 2019-cu ildən bəri ilk dəfədir ki, Minskə səfər edir.
Hürr Tərcüman