“Biz orduların sərhəddən bir-iki kilometr geri çəkilməsini istəyirik” – Simonyan hələ də ümid edir
“Bakı İrəvanın qoşunların sərhəddən çıxarılması təklifini rədd etsə də, məsələ hələ də gündəmdədir”.
Hurriyyet.az xəbər verir ki, bunu yerli mətbuata Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin cavabı yekun deyil. Parlament rəhbəri aydınlaşdırıb ki, erməni tərəfi qoşunların sərhəddən bir-iki kilometr geri çəkilməsini təklif edir.
“Söhbət sərhədçilərdən getmir, təmas xəttində sərhədçinin dayanması bizim üçün daha yaxşı olardı. Təklif etdiyimiz o variant hələ də qüvvədədir. Düşünürəm ki, Bakı bir daha həmin təklifi nəzərdən keçirməli və müvafiq cavab verməlidir”, - Simonyan bildirib.
Əgər Bakı qoşunların güzgü effekti ilə çıxarılması ilə razılaşarsa, bu o demək olacaqmı ki, Azərbaycan Silahlı Qüvvələri İrəvanın iddia etdiyi kimi Ermənistan ərazilərindən çıxmalıdır? Simonyan deyib ki, bu təklif başqa şeylə bağlıdır.
“Gərginliyi azaltmaq, mümkün atışmaların və toqquşmaların qarşısını almaq üçün sərhədlərin müəyyənləşdirilməsindən və orduların geri çəkilməsindən danışırıq”, - Simonyan vurğulayıb.
Bu yaxınlarda xarici işlər naziri Ararat Mirzoyan bu barədə danışaraq, Bakı ilə bu məsələdə razılığa gəlməyə ümid etdiyini bildirib. Azərbaycanın xarici işlər naziri bu təklifi nəinki qəbul etməyib, əksinə, Azərbaycan silahlı qüvvələrinin öz ərazilərində dayandığını bildirib.
“Azərbaycan ordusu o sərhədlərə kiminsə xoş niyyəti və ya dəvəti ilə deyil, 30 illik qan-qadadan sonra ərazilərini işğaldan azad edib və bu gün öz sərhədlərində dayanıb”, - deyə Ceyhun Bayramov vurğulayıb.
azpolitika.info