📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Biz Paşinyanın erməni olduğunu unutmamalıyıq" - Nikolun son çıxışı ilə bağlı İLGİNC AÇIQLAMA

2023-06-27 21:36:00

“Ermənilər müharibədə uduzacaqlarını fikirləşmirdilər. Azərbaycanın bu qədər riskə gedib müharibəyə başlayacağını və öz torpaqlarını işğaldan azad edəcəyini gözləmirdilər”.

Bu fikirləri Paşinyanın müharibə ilə bağlı son açıqlamasını Konkret.Az-a şərh edən politoloq Əhəd Məmmədli səsləndirib. O bildirib ki, ermənilər Rusiya, Qərb və bütün xristian dünyasının onların yanında qərarlaşacağını zənn edirdilər: “Amma ermənilərin bütün düşüncələri alt-üst oldu. İndi onlar vaxtilə Azərbaycanın təklif etdiyi bütün məsələlərdən imtina etdikləri üçün çox peşmandırlar. Paşinyanın dedikləri ilə sakitləşmək və rahatlaşmaq olmaz. Biz onun erməni olduğunu unutmamalıyıq. O, hər dəfə fərqli fikirlər söyləyir. Bir sözü digəri ilə uzlaşmır. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ona görə də, Nikolun sözlərindən arxayınlaşmamalıyıq”.

Müşviq Tofiqoğlu