Biz təkid edirik: Qarabağda ermənilərin hüququ...
2023-09-22 14:01:12
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının qorunması vacib amildir.
Hurriyyet.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi sentyabrın 22-də keçirilən hərbi qüvvələrin paradında çıxışı zamanı deyib.
“Qarabağ Azərbaycanın bir bölgəsidir, buna şübhə yoxdur. Lakin biz təkid edirik ki, ermənilərin hüquqları qorunmalı, sərhədlərin və ermənilərin vəziyyətinin dəyişməməsi prinsipinə hörmətlə yanaşılmalıdır”, - Rəisi bildirib./axar.az/