📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Biz Türkiyəyə qarşı əxlaqsızlıq edirik“ - Ticarət Palatasının rəhbəri

2023-04-06 15:33:00

“Biz Türkiyəyə qarşı əxlaqsızlıq edirik“ - Ticarət Palatasının rəhbəri

"Biz Türkiyəyə qarşı əxlaqsızlıq etmişik".

Hurriyyet.az xəbər verir ki, bunu İran-Türkiyə Birgə Ticarət Palatasının rəhbəri Mehrdad Səadət Dehqan deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti İran hökumətinin kommersiya qərarlarına görə iranlı iş adamlarından şikayətlənir.

Dehqan qeyd edib: "İran heç bir xüsusi marketinq olmadan Türkiyənin 300 milyard dollarlıq idxalına 15 milyard dollar töhfə verə bilər. Bəli, Türkiyənin onsuz da məhsul idxal edib və edir. Amma türklər İrandan idxal etmir. Soruşun niyə? Çünki onları çətin vəziyyətdə qoyuruq, başlarını bəlaya salırıq.Türkiyə tərəfi bizim əxlaqsızlığımızdan, biznesdəki səhv qərarlarımızdan üzülür. Türkiyənin qanı  öz sürücülərinin haqsız cərimələrinə görə qaralır". (yenisabah)