📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bizdə dərman Türkiyədən ucuzdur” dedi, komitə sədri etiraz etdi

2023-03-29 14:37:00

“Bizdə dərman Türkiyədən ucuzdur” dedi, komitə sədri etiraz etdi

“Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri deputat Kamaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib. 

Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmayıb: “Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”

Kamaləddin Qafarov isə cavabında bildirib ki, bir dərmanın qiyməti bizdə 20 qəpik daha ucuzdur. (qafqazinfo)