📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bizdə qazın qiyməti o qədər də yüksək deyil" - Nazir

2023-11-06 15:14:21

Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Bizdə qazın qiyməti o qədər də yüksək deyil.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial həssas əhali üçün müəyyən limit qoyulub:

"Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır. Bu, o qədər də sadə məsələ deyil. Biz bunu açıq etiraf etməliyik", - deyə nazir bildirib.

Trend.az