“BİZİ GÖRÜŞDÜRÜN...” – Separatçılar Azərbaycan rəsmilərilə görüşmək istəyirlər
“Rusiyaya, eləcə də yaranmış situasiyada maraqlı olan bütün aktorlara müraciət-tələb etməliyik ki, Azərbaycanla görüş təşkil etsinlər”.
Hurriyyet.az xəbər verir ki, bunu Qarabağdakı qondarma separatçı qurumun “dövlət naziri” Qurgen Nersisyan deyib.
Lakin qondarma “nazir” bildirib ki, guya Azərbaycanda onların təhlükəsizliyinə zəmanət verilmədiyi üçün görüş “ya Rusiya sülhməramlılarının dislokasiya yerində, ya da başqa bir təhlükəsiz yerdə üçüncü tərəfin vasitəçiliyi ilə” keçirilməlidir: “Mən əminəm ki, Rusiya vəziyyətin müzakirəsinə yönəlmiş görüşü təşkil edə bilər. Dayanmaq və dəqiq anlamaq lazımdır ki, haraya, necə, kimin gündəliyi ilə gedirik və bu prosesdə öz gündəliyimizi necə irəli sürə bilərik”.
Separatçıların nümayəndəsi bu görüşün arxasında gizlətdikləri niyyətləri qismən açıqlayıb. Belə ki, görüşün heç bir nəticə verə bilməyəcəyini istina etməyən Nersisyan bu halda beynəlxalq ictimaiyyət və Rusiya qarşısında şikayət üçün əllərində əsas yaranacağını bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan bir müddət əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilməsini təklif etmişdi. Lakin Ruben Vardanyan, eləcə də Moskvanın bölgədəki digər emissarları və qulbeçələrinin səyləri ilə bu görüş baş tutmadı.
AzPolitika.info