📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BİZİ HEÇ KİM RAHAT BURAXMAYACAQ” - Solovyov yorulub, amma geriyə yol yoxdur + VİDEO

2023-04-05 15:05:00

“BİZİ HEÇ KİM RAHAT BURAXMAYACAQ” - Solovyov yorulub, amma geriyə yol yoxdur + VİDEO

Kremlin ən “qaynar” təbliğatçılarından olan Vladimir Solovyov müharibədən bezdiyini və normal həyata qayıtmaq istədiyini bildirib. 

Hurriyyet.az xəbər verir ki, öz kanalındakı son verilişində Kreml təbliğatçısı müharibədən yorulduğunu, lakin geriyə də yol qalmadığını söyləyib: “Bu, nə müharibədir? Kiminlə kim arasındadır? Bu müharibə hər birimizin həyatından keçir. Ancaq istəmirik, real olaraq istəmirik. Unutmaq istəyirik, istəyirik ki, hər şey sevincli olsun. Ancaq bizi heç kəs rahat buraxmayacaq. Bunu başa düşmək lazımdır…”

Xatırladaq ki, hələ müharibədən az əvvəl Solovyov Kiyev üzərində qələbəni nəzərdə tutaraq deyirdi ki, “qaşımızı qaldırsaq, kifayətdir” və ümumiyyətlə məhz o, Ukraynaya qarşı işğalçılıq müharibəsinin ən qızğın tərəfdarı və təhrikedicilərindən biri idi…

Azpolitika.info