📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bizi qırırlar, axırımıza çıxırlar“ - Rus əsgərinin ETİRAFLARI + VİDEO

2022-03-17 15:45:00

“Bizi qırırlar, axırımıza çıxırlar“ - Rus əsgərinin ETİRAFLARI + VİDEO

"Bizi buraya göndərəndə dedilər ki, xüsusi hərbi əməliyyat tezliklə başa çatacaq. Amma müharibə tezliklə başa çatana bənzəmir". 

Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin iki mənsubu orta məktəblərdən birinin dəhlizində video çəkərək ailə üzvlərinə yollayıblar.

Videoda əsgərlər Ukraynadakı döyüşlərin ağırlığından, vəziyyətlərinin çox pis, qorxulu və məşəqqətli olmasından şikayətləniblər.

"Bizi qırırlar, axırımıza çıxırlar. Batalyondan cəmi 20 nəfər qalıb. Dəhşətdir. Hər yerdən atırlar, vururlar. Bizi harada ən ağır yer varsa, ora yollayırlar. Vəziyyət pisdir! Çox pisdir!", - əsgərlərdən biri deyib.

O biri isə "Elə demə!" söyləyərək yoldaşına xəbərdarlıq edib.