📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bizi yenidən çətin duruma salırsan” - Makron Mbappeyə etiraz etdi

2024-02-28 22:29:37

“Bizi yenidən çətin duruma salırsan” - Makron Mbappeyə etiraz etdi

Futbol üzrə Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe Yelisey sarayında rəsmi şam yeməyi zamanı Fransa prezidenti Emmanuel Makronla bir araya gəlib.

Səmimi söhbət zamanı dövlət başçısı futbolçuya etiraz edib:

“Bizi yenidən çətin duruma salırsan”, – deyə Makron Mbappeyə səslənib.

Eyni zamanda futbolçu Makronun iradına hələ “Real”la müqavilə imzalamadığını bildirərək cavab verib.

Qeyd edək ki, Mbappe Qətər Əmiri Təmim bin Həməd Al Taninin səfəri münasibətilə Yelisey Sarayına təşrif buyurub. \\KONKRET.az