"Bizim dağlar" heykəlinin taleyi ilə bağlı qərarı gələcək Xankəndi bələdiyyəsi verməlidir" - İLQAR MƏMMƏDOV
"Ölkənin başını belə lazımsız mövzularla qatmaqdansa, mərkəzi hökumət regionun iqtisadi inkişafına dair ciddi proqramlar hazırlamalı və icra etməlidir"
"Xankəndi tərəfdə yerləşən "Bizim dağlar" heykəlinin hər hansı mədəni əhəmiyyəti varsa, bu əhəmiyyət hal-hazırda yerlidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.
Partiya sədri hesab edir ki, məhz bu səbəbdən də abidənin qalıb-qalmaması haqda qərarı gələcək Xankəndi bələdiyyəsi verməlidir: "Orda əhali sabitləşəndən sonra məsələ yerli sakinlərin qərarından asılı olacaq. Ölkənin başını belə lazımsız mövzularla qatmaqdansa, mərkəzi hökumət regionun iqtisadi inkişafına dair ciddi proqramlar hazırlamalı və icra etməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az