📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bizimlə sülh bağlamaq istəyən daha 6-7 müsəlman ölkəsi var" - İsrail XİN başçısı

2023-09-23 12:22:01

Səudiyyə Ərəbistanından sonra İsraillə sülh bağlamaq, diplomatik əlaqələr qurmaq fikrində olan başqa müsəlman ölkələri də var.

Hurriyyet.az bildirir ki, bu barədə İsrail XİN başçısı Eli Kohen bildirib.

«KAN News»a müsahibə verən xarici işlər naziri qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə uzun müddətdir gözlənilən normallaşma sazişinin bağlanmasından sonra altı və ya yeddi müsəlman ölkəsi Səudiyyə Ərəbistanına İsraillə sülh bağlamaq üçün qoşulacaq.
Netanyahunun BMT Baş Assambleyasında "Yeni Yaxın Şərqin" şəfəqini müjdələdiyi çıxışından dərhal sonra danışan Koen deyib ki, "Baş nazirin dediklərini təkrarlamaq vacibdir, Səudiyyə Ərəbistanı ilə sülh həm də yəhudilər və müsəlmanlar arasında sülhdür».

«Afrika və Asiyadan altı və ya yeddi ölkə səudiyyəlilərlə sülh sazişinə qoşulacaq. Mən artıq İsraillə əlaqələri olmayan bir neçə müsəlman ölkəsinin rəsmiləriylə görüşmüşəm» — deyə Kohen əlavə edib.

AzPolitika.info