📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biznesmen Hafiz Məmmədov azadlığa çıxdı

2022-01-31 16:58:00

Biznesmen Hafiz Məmmədov azadlığa çıxdı

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Ötən gün Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib. O, vergi və məcburi sosial sığorta ödənişləri borcuna görə saxlanılmışdı. Biznesmenin fiksal orqanlara borcu 1,5 milyon manata yaxındır və o həmin vəsaitin bir qismini ötən həftə ödəmişdi.

virtualaz.org