📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biznesmen siyasətçi: sui-qəsd cəhdini fürsətə çevirdi

2024-07-17 13:02:25

Biznesmen siyasətçi: sui-qəsd cəhdini fürsətə çevirdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampa məxsus olan "CIC Ventures LLC" şirkəti prezidentliyə namizədin ona qarşı sui-qəsd cəhdindən sonra çəkilmiş üzüqanlı fotosunun əks olunduğu krossovkaları 299 dollara satmağa başlayıb.
Krassovkalarda ABŞ bayrağı əks olunub və Trampın sui-qəsddən sonra səsləndirdiyi "Fight! Fight! Fight!" (Mübarizə aparmaq! Mübarizə aparmaq! Mübarizə aparmaq!) şüarı yazılıb. 
Krassovkalar "Trump Sneakers"  saytında satışa çıxarılıb. Krassovkanın 5 min cütdən ibarət "məhdud kolleksiya"da olduğu, sentyabr-oktyabr aylarında, sifarişlər əsasında alıcılara təqdim ediləcəyi bildirilir. 
"Associated Press" agentliyinin yazdığına görə, 10 cüt krassovkada Trampın avtoqrafı olacaq. 
Hürr Tərcüman