📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken ABŞ-ın İsrailin məhkəməyə verilməsinə qarşı olduğu bəyan edib

2024-01-10 15:54:59

Blinken ABŞ-ın İsrailin məhkəməyə verilməsinə qarşı olduğu bəyan edib

Hurriyyet.az "Yeni Şafak" nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken BMT-nin məhkəməsində İsrailə qarşı qaldırılmış cinayət işinin münaqişənin həllindən yayındırdığını bildirib. Blinken Tel-Əviv şəhərində keçirilən mətbuat konfransında deyib: "ABŞ dövləti olaraq, hesab edirik ki, BMT-nin Beynəlxalq Məhkəməsində İsrailə qarşı iddia qaldırılması dünyanın diqqətini münaqişənin həlli üçün göstərilən bütün mühüm səylərdən yayındırır".
Qeyd edək ki, İsrailin Qəzza sektorundakı fəaliyyəti ilə əlaqədar Cənubi Afrika Respublikası (CAR) BMT-nun Beynəlxalq Məhkəməsinə ittihamla müraciət edib. 
BMT-nin Beynəlxalq Məhkəməsi İsrail hərbçilərinin Qəzzadakı fəaliyyətindən şikayətlə bağlı dinləmələrin 11-12 yanvar tarixlərində Haaqada keçiriləcəyini bəyan edib.
Hürr Tərcüman