📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırdı

2023-03-30 21:49:00

Blinken amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırdı

"ABŞ administrasiyası “The Wall Street Journal” qəzetinin müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin Rusiyada casusluq ittihamı ilə həbsindən çox narahatdır".

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

Sənəddə deyilir:

"Biz Amerika vətəndaşının - jurnalistin Rusiya tərəfindən geniş şəkildə ictimailəşdirilərək saxlanılmasından dərin narahatıq. Bu vəziyyətlə bağlı The Wall Street Journal ilə əlaqə saxlayırıq".

Blinken bildirib ki, Rusiyada yaşayan və ya səfər edən ABŞ vətəndaşları dərhal Rusiyanı tərk etməlidirlər.\\Redaktor.Az