📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken: “Baydenlə Putin görüşə bilərlər”

2023-09-29 09:52:08

Blinken: “Baydenlə Putin görüşə bilərlər”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Amerika Prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün mümkünlüyünü istisna etməyib.

“Atlantik” nəşrinin keçirdiyi tədbirdə iki liderin görüşünün perspektivi barəsində suala cavab verən Blinken deyib: “Heç vaxt “heç vaxt” demə”.

Blinken bu görüşün baş tutması üçün ilk növbədə Ukraynadakı münaqişənin nizamlanması istiqamətində addımlar atılmasının lazım olduğunu bildirib: “Çünki, ukraynalılar kimi hamı ədalətli və uzunmüddətli sülh istəyir. Ona görə də, gəlin, görək nə vaxtsa hansısa məqama çata bilirikmi və münaqişənin nizamlanması nə zaman mümkün olacaq?”

Hürr Tərcüman