📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken devrilmiş prezidentlə danışıb

2023-08-09 10:36:00

Blinken devrilmiş prezidentlə danışıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken devrilmiş Niger Prezidenti Məhəmməd Bazum ilə telefonla danışıb və Afrikadakı böhranın dinc yolu ilə nizamlanmasını dəstəklədiklərini bildirib.

Blinken “İks” (keçmiş “Tvitter”) şəbəkəsindəki səhifəsində yazıb: “Niger Prezidenti Bazum ilə danışaraq indiki Konstitusiya böhranının dinc həll yolunun tapılması üçün daima səy göstərdiyimizi bildirdim”.

Blinken Nigerdə hakimiyyəti ələ almış qiyamçıları dərhal prezidentlə ailəsini azad eləməyə çağırıb.

Hürr Tərcüman