📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken ilə Fidan Qafqazda sülh məsələsini müzakirə ediblər

2024-10-25 09:00:04

Blinken ilə Fidan Qafqazda sülh məsələsini müzakirə ediblər

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefonla danışıblar.
Onlar telefon danışığı zamanı oktyabrın 23-də Ankara şəhərində törədilmiş terror aktını, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Diplomatlar Cənubi Qafqazda ədalətli və möhkəm sülhə nail olunmasının bütün region üçün əhəmiyyətindən danışıblar. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Hürr Tərcüman