📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken İrandan nəyi xahiş etdi?

2024-08-01 19:05:23

Blinken İrandan nəyi xahiş etdi?

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken İrandan HƏMAS-ın siyasi bürösunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra cavab addımları atmamasını xahiş edib. Bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat verib. 
Blinkenin bu xahişi Qətər dövlətinin vasitəsi ilə rəsmi Tehrana yönəltdiyi qeyd edilib. Blinken Qətər hökumətinin və XİN-in başçısı Məhəmməd ben Abdul Rəhman Əl Tani ilə söhbət edib, İran hökumətinə və Livandakı "Hizbullah" hərəkatına ismarıclar göndərib. Qətər şeyxi onun xahişini yerinə yetirməyi vəd edib.
Hürr Tərcüman