Blinken İsraildə: "Axırıncı şansdır"
2024-08-19 18:00:42
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken İsrail Prezidenti İshaq Hersoqla görüşü zamanı Doha danışıqlarının müharibəni bitirmək üçün axırıncı şans hesab elədiyini bildirib.
Blinken deyib: "Bu, həlledici məqamdır. Girovları evə qaytarmaq, atəşkəsə nail olmaq və hamını möhkəm sülh və təhlükəsizlik yoluna yönəltmək üçün çox güman ki, ən yaxşı, bəlkə də axırıncı imkandır. Hamının "hə" deməsinin və "yox" demək üçün bəhanə axtarmamasının vaxtı çatıb".
İsraildə səfərdə olan Blinken ölkə Prezidentindən sonra Baş nazir Binyamin Netanyahu ilə görüşüb. Daha sonra isə İsrailin müdafiə naziri Yoav Qalant ilə görüşü planlaşdırılıb.
Hürr Tərcüman