Blinken İsraildədir
2023-11-30 13:36:56
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken humanitar atəşkəsin müddətinin uzadılması və girovların azad edilməsi məsələlərinin müzakirəsində iştirak eləmək üçün İsrailə səfər edib.
Bu, Qəzzada münaqişənin alovlandığı 7 oktyabr tarixindən bəri Blinkenin Yaxın Şərqə üçüncü səfəridir. İsraildən sonra onun bölgənin digər ölkələrinə səfər edəcəyi gözlənilir.
Hürr Tərcüman