Blinken Lavrovla görüşməmək üçün ATƏT-in tədbirini erkən tərk edib
2023-11-30 12:41:13
Hurriyyet.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT-in xarici işlər nazirlərinin görüşünün keçirildiyi Skopyeni RF XİN rəhbəri Sergey Lavrov oraya gələnə qədər tərk edib. Bu barədə məlumatı “Yevropeyskaya pravda” nəşri verib.
Blinken sammit çərçivəsində işgüzar naharda iştirak etdikdən sonra Skopyedən gedib.
Şimali Makedoniyaya səfərdən sonra Blinkeninin İsrailə getməsi planlaşdırılır.
Ukraynanın və dörd Aİ ölkəsinin – Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri RF təmsilçisi Sergey Lavrovun iştirakına görə Skopyedəki görüşü boykot ediblər.
Hürr Tərcüman