Blinken Mahmud Abbasla görüşdü - Video
2023-10-13 14:52:47
ABŞ Dövlət katibi Entoni Blinken İordaniyanın paytaxtı Əmmanda Fələstin Müxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Qeyd edək ki, Blinken ötən gün İsraildə səfərdə idi. O, İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün ərəb ölkələrinə səfərə çıxıb.